Bir neçə gün öncə HTC klinikasında cərrah kimi fəaliyyət göstərən Rauf Xəlilov barəsində yazdığım həqiqətlər çoxlarının xoşuna gəlmədi. Bir çoxu böyük canfəşanlıqla Rauf Xəlilovu müdafiə etməyə qalxdılar.
Hətta HTC klinikasının baş həkimi Aftandil həkim, R.Xəlilov barəsində yazdığım məqalədə həqiqəti əks etdirmədiyimi iddia etdi.
Rauf Xəlilovun iki il Moskva şəhərində ordenantura təhsili alması ilə bağlı diplomunun olmasını ciddi cəhdlə müdafiə etdi. Biz isə öz növbəmizdə faktı təsdiq edən diplomun təqdim edilməsini istəsək də, diplom gəlib çıxmadı.
Ötən yazımızda qeyd etmişdik ki, Rauf Xəlilova, 1998-ci ildə Tibbi Universitetinin Tibbi Profilaktika İsi ixtisasını bitirib (Sanitar Gigiyena). Universiteti bitirdikdən sonra doğulduğu Gürcüstan Respublikasında əczaçılıq fəaliyyəti ilə məşğul olub. Birdən-birə düşünüb ki, estetik cərrahın bu qədər qazanc gətirdiyi dövrdə mən niyə qollarımı çirmələyib, cərrah olmayım. Nəticədə Tibb Universitetinin diplomuna sahibəm.
Elə o minvalla Bakıya üz tutub cərrahlar yanında təcrübə toplayır.
Əsl günah Raufda deyil. Onun müalicə işi ixtisasında baza biliklərinə sahib olmamasını bildikləri halda, ona cərrahlığı öyrədən həkimlərin, qeyri-peşəkar olan Rauf Xəlilovdan , "peşəkar" cərrah yaratmaq istəkləri maraqlıdır.
Məhz onların yetişdirdikləri kadrın xidmətinin nəticəsidir ki, 2024-cü ilin noyabr ayında, Rəsmiyyə adlı gənc qadın sadə bir əməliyyatla dünyasını dəyişdi.
Xəstənin uğursuz keçmiş ilk əməliyyatın fəsadlarını aradan qaldırmaq məqsədilə təkrar əməliyyat masasına yatıran Rauf Xəlilov, qadını əməliyyat masasında dünyadan qopardı.
Əminəm ki, gənc qadının ölümündə yalnız Rauf deyil, ona "cərrahsan" deyib, meydan verən hər bir tibb müəssisəsi, hər bir müəllimi eyni dərəcədə günahkardır.
Mən isə ümid edirəm ki, toxunduğum acı həqiqətlər üçün vicdanı olan heç kim məni hədəf almaz.
Ardı var.
Tərifə Maqsudova