Mətbuatdan məlum olduğu kimi, HTC klinikasının həkimi Rauf Xəlilova barəsində, Nizami rayon Prokurorluğunda qaldırılan ittiham rədd edildi. Bu barədə Respublika Prokurorluğunun açıqlaması mətbuata yansıdı.
Təbii ki, biz hüquq mühafizə orqanlarının işlərini müzakirə etməyi düşünmürük.
Məlumdur ki, jurnalist araşdırıcı simadır. Mətbuat olaraq araşdırmalarımızda çox maraqlı fakt aşkar etdik.
HTC klinikasında cərrah kimi fəaliyyət göstərən Rauf Xəlilova, 1998-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika İsi ixtisasını bitirib. 2018-ci ilə qədər Azərbaycanda həkim olaraq heç bir rəsmi iş yeri olmayıb. 2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən əldə etdiyi sertifikat üzrə cərrahlıq fəaliyyətinə başlayıb.
İnformasiya burulğanı içərisində yaşadığımız dövrdə, müxtəlif özəl klinikalarda estetik cərrahi əməliyyat həyata keçirən həkimlərin qeyri-pesəkarlığı səbəbilə yüzlərlə, hətta minlərlə insan həyatını itirir və ya yarımcan olur. Həkim isə, müxtəlif tibbi terminlərin "şorbasını bişirib" özünü məsuliyyətdən xilas edə bilir.
Günümüzdə təsadüf nəticəsində həkim statusu qazana bilmiş ixtisassız kadrlar, əlinə neştər alıb, kəsib-doğrayaraq meydan sulayırlar.
Onlara güvənən isə, "gözəlləşəcəm" ümidilə bıçaqlarının könüllü qurbanına çevrilirlər.
Dəyərli xalqım, sağlığınız o qədər də ucuz deyil ki, onu Rauf Xəlilovlar kimi qeyri-peşəkarlara etibar edirsiniz.
(Ardı var)
Tərifə Maqsudova