Dəyərli oxucular!
Bir neçə gün öncə mətbuatda "uğurlarından" baş gicəllənməsi yaşayan, cərrah olmadığı halda, cərrah kimi özünü "şöhrətin buludlarında" əlçatmaz hesab edən HTC klinikasının cərrahı, Rauf Xəlilov barəsində saytda ,sosial şəbəkələrdə yazılarımı sizlərlə bölüşdüm.
Sosial şəbəkələrdə bununla bağlı müxtəlif rəylər yazanlar oldu.
Kimisi həkimə qarşı qarayaxma olduğunu yazdı, kimisi isə jurnalistin mövqeyini haqlı hesab etdi. Hətta rəy yazan oxucuların biri, Rauf Xəlilovun qeyri-pesəkarlığı nəticəsində, bacısının sağlamlığına vurduğu ziyandan və məsuliyyətdən yaxa qurtarmağından bəhs etdi.
Digər bir tərəfdən isə, şəxsimlə olan telefon bağlantılarında, həqiqəti yazmadığımı iddia edirlər oldu.
Qeyd etmək istəyirəm ki, mətbuat araşdırıcı orqandır.
KİV haqqında qanunun müvafiq maddələrinə uyğun olaraq jurnalist aşkar etdiyi hər bir qanun pozuntusu barədə qanunverici orqana məlumat verməlidir. Əks halda məsuliyyət daşıyır.
Diğər bir tərəfdən isə, sübuta yetirilməmiş hər bir qanunsuz hərəkət barədə iddia irəli sürmək məsuliyyətdir.
Biz mətbuat orqanı olaraq ilk yazımızda Rauf Xəlilovun hərəkətlərinin qeyri-qanuni olduğu ehtimalı üzərindən fikir yürüdük.
Məhz bu səbəblə, həqiqətin araşdırılması məqsədilə aşkar etdiyimiz fakt ilə bağlı hüquq mühafizə orqanlarına və aidiyyatı orqanlara məlumat verdik.
Bundan sonra Rauf Xəlilov barəsində mətbuatda yayımlanacaq hər bir məlumat, araşdırmaların nəticəsi olaraq ictimaiyyətə çatdırılacaq
Tərifə Şükürqızı