İşdən çıxarılan icra başçısı ilə bağlı ŞOK DETAL - Prezidentə şikayəti kim edib?

İşdən çıxarılan icra başçısı ilə bağlı ŞOK DETAL - Prezidentə şikayəti kim edib?

14.01.2026 97 baxış
Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

"Müstəqil.tv" xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib.
Paylaş: