Həmin muzeyin direktorlarını kim zəhərləyib? - Polad Bülbüloğluya SƏRT İTTİHAMLAR

13.11.2025 43 baxış
"Mədəniyyət naziri olduğu dövrdə Azərbaycan mədəni irsini hərraca çıxaran, mədəniyyətini məhv edən Polad Bülbüloğlu da bu gün mədəniyyətin qeydinə qaldığından danışır".Bu fikirləri hüquqşünas Aslan İsmayılov səsləndirib.

O, 15 iyun 1993-cü ildə  Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində baş vermiş oğurluq hadisəsinin yenidən araşdırılmasını təklif edib:"Necə oldu ki, ard-arda həmin muzeyin direktorları zəhərlənmədən dünyasını dəyişdilər? Həmin əsərlərin oğurlanmasında əsas fiqur olan, uzun illər beynəlxalq axtarışda olan güləş üzrə dünya və Avropa çempionu Aydın İbrahimovu kimlər ölkəyə gələndən az sonra cinayət məsuliyyətindən azad etdilər?"

Elə həmin vaxtdan 1999-cu ilə qədər bu işin araşdırılması ilə məşğul olduğunu bildirən Aslan İsmayılov bunları əlavə edib:

"1999-cu ildə oğurlanmış 300 əsərin  muzeyinə məxsus 12 tanınmış əsər istisna olmaqla) Azərbaycana qaytarılması, həqiqi oğruların müəyyən edilməsi üçün dəfələrlə ABŞ-da olmuşam. Axtarışda ola-ola hətta ABŞ-da belə məni təhdid edən A.İbrahimovun hədə-qorxularına baxmayaraq Nyu York federal məhkəməsində Andlılar qarşısında çıxış da etmişəm. Həmin illərin dövrü mətbuatında bu hadisələrə aid yüzlərlə yazı və çıxışım var".

Paylaş: