Günlədir medianın gündəmini Ruslan Eyyubovun həbs olunması,onun qardaşı Həsən Eyyubovun işdən azad olunması xəbərləri zəbt edib.
Qeyd olunan xəbərlərin fonunda Eyyubovların mal-mülkü,əmlakları mediada tirajlanır.
Dünən media "Azpetrol"un Eyyubovlara məxsus olması barədə xəbərlər yayıldı.
Oxu24.com-a danışan məlumatlı mənbə bildirib ki,ölkədə bir sıra nəhəng xəstəxanalar və zavodlar da Eyyubovlar ailəsinə məxsusdur.
Mənbənin saytımıza bildirdiyinə görə,"Corella - boya və boya məhsulları"zavodu,"Yeni Klinika", "4 nömrəli xəstəxana"nın(Keçmiş “KƏNDÇİLƏR XƏSTƏXANASI”) inzibati binası,"Bakı Dəniz Limanı",Gəncədə istehsal zavodu,"Gəncə mərmər zavodu","Baku Bus" və “World Business Center” də Ruslan Eyyubova məxsusdur.
Onlar “NB Qrup” ASC-nin tərkibində fəaliyyət göstərir.
Qeyd edək ki, siqaret qaçaqmalçılığına qarşı keçirilən əməliyyat çərçivəsində Həsən Eyyubov da vəzifəsindən azad edilib, onun ölkəni tərk etməsinə qadağa qoyulub.