Aysunun maşınını vurdular

Aysunun maşınını vurdular

06.02.2026 130 baxış
Müğənni Aysun İsmayılovanın başına iş gəlib.

Milli.Az xəbər verir ki, bununla bağlı ifaçı instaqramda video paylaşıb.

O, bildirib ki, tıxacda maşınını vurublar.

Aysun maşınını vuran sürücünün laqeydliyindən şikayətlənib. "Sürücü maşınımı vurub, nikeli çartladıb. Düşüb üzr istəmək əvəzinə arxayın oturub. Biz hansı səviyyəyə gəlib çatmışıq. Deyirəm görürsünüz neylədiniz, hara baxırsınız? Deyir neylədim ki? Bu nə özgüvən, bu nə biabrçılıq?" deyə müğənni, emosiyalarını gizlətməyib.
Paylaş: