Son günlər ölkə mətbuatının və təhsil ictimaiyyətinin diqqət mərkəzində olan Binəqədi rayonu, Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə baş verdiyi iddia edilən "qızıl alveri" və maliyyə fırıldaqları ətrafında qalmaqal yeni mərhələyə qədəm qoyub. Məktəbin daxilində dərslərin kənara atılaraq qeyri-qanuni ticarət şəbəkəsinin qurulması, o cümlədən müəllimlər arasında baş verən 50 000 manatlıq qızıl davası barədə yayılan iddialardan sonra növbəti şok fakt ortaya çıxıb.
Məqalədə adı keçən və barəsində dələduzluq maddəsi ilə ev dustaqlığı qətimkan tədbiri seçildiyi deyilən informatika müəllimi Sevinc xanımın jurnalisti hədələdiyi səs yazısı yayılıb.Yayılan səs yazısında məktəbin informatika müəllimi Sevinc xanımın jurnalistlə danışığı əks olunub. Danışıqdan aydın olur ki, Sevinc xanım bu işdə tək deyil və Ruslan Qasımov adlı şəxslə ittifaq yaradaraq hərəkət edir.Sevinc xanım Ruslan adlı şəxsin onun adından müəyyən məbləğ ödədiyini əsas gətirərək barəsində gedən materialın dərhal silinməsini tələb edir.Sevinc xanım istəyinə nail olmadıqda və məlumatların silinməyəcəyini anladıqda jurnalisti hədələməyə başlayır. O, aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirərək qarşı tərəfə təzyiq göstərməyə çalışır.
https://vt.tiktok.com/ZSXyjSwsd/